Premyer Liqa

“Ötən tur “Neftçi”yə qarşı göstərdiyimiz oyunu bu gün oynaya bilmədik”

Topaz Premyer Liqasının 24-cü turunda “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Qarşılıqlı hücumlar şəraitində keçən oyun qolsuz heç-heçə ilə başa çatdı – 0:0.

Qonaq komandanın baş məşqçisi Aqil Məmmədovun oyun haqda fikirləri ilə sizi tanış edirik:

“Oyunun çox çətin olacağını bilirdik. “Bakı” çətin rəqibdir. Hesab məni qane etsə də, oyundan narazı qaldım. Ötən tur “Neftçi”yə qarşı göstərdiyimiz oyunu bu gün oynaya bilmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43