Kateqoriyasız

Ovusu təklif gözləyirmiş

Mali və Qətərə qaşrı yoldaşlıq oyunları üçün Qana millisinə çağırılmaması “Qarabağ”ın futbolçusu Kvabena Ovusu üçün gözlənilməz olub.

Bu barədə 23 yaşlı hücumçu ölkəsinin mətbuatına bildirib:

“Yəqin ki, çıxışım baş məşqçinin qarşıdakı matçlar üçün tələb etdiyi səviyyədə deyil. Amma həqiqətən təklif gözləyirdim. Çünki Cənubi Afrika Respublikası ilə görüş zamanı baş məşqçi bu barədə söhbətimiz olmuşdu”.

Kvabena Ovusu bu ilin yanvarından “Qarabağ”da çıxış edir. O, son zamanlar komandanın əsas heyətində yer alır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43