Kateqoriyasız

“Ovusunun zərbəsi qol olsaydı, biz də buraxacaqdıq” – Qurban Qurbanov

“Çerçesovla kiçik dialoqumuz oldu. Hirsli kimi görünürdü, amma elə deyildi”

İdmanxeber.az xəbər verir ki, bu sözləri Qurban Qurbanov rusiyalı məşqçi ilə Ovusu Kvabenanın epizodu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq”.

Qeyd edək ki, sözügedən epizodda Kvabena topu rəqibə qaytarmaq istəyərkən “Ferentsvaroş”un qapısı qarşısında təhlükəli vəziyyət yaranıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43