25 Yanvar 2021
Kateqoriyasız

“Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü  turunda Türkiyədə “Sivasspor”a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

O, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Sivasspor”u təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram. Oyunçularım qalib gəlmək üçün hər şeyi etdi. Ancaq nəticədə məğlub olduq. Futbolda belə hallar olur. Bizim də istəyimiz qələbə qazanmaq idi, amma alınmadı”.

O, komandanın heyətindəki problemlərdən də danışıb: “Çox dəyişiklik etmədik. 1-2 oyunçumuz meydana çıxa bilsəydi, oyunu sürətləndirə bilərdik. Əlimizdəki futbolçularla ən doğrusunu etməyə çalışdıq”.

Q.Qurbanov heyətdə itkilər olmasına baxmayaraq, komandasının yaxşı mübarizə apardığını söyləyib: “Rəqib futbolçuların xüsusilə də hücum xəttində ustalıq səviyyəsi yüksək idi, əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bu gün gəncləri qazandıq, onlar üçün böyük təcrübə oldu. Qrupda iki oyunumuz qaldı, bu oyunlara maksimum hazırlaşıb yaxşı nəticə qazanmaq üçün meydana çıxacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Naxçıvan Futbol Federasiyası qısa vaxtda nələrə nail olub?

admin

Almaniyada ilk qolu Nazarov vurdu – VİDEO

admin

Qurban Qurbanovu narahat edən məqam

admin