Kateqoriyasız

“Oyundan əvvəl bir futbolçumuza o şəkili göstərdim” – De Byazi

“Sabah yaxşı oyunumuzu göstərməliyik. Ötən matçda taktiki problemlər oldu. Həmin oyuna görə narahat idim. Əminəm ki, komanda daha artığını edə bilər. Sabah bunu göstərməli, ilk növbədə, özümüzə inanmalıyıq”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Latviyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

İtaliyalı baş məşqçinin fikrincə, yaxşı oyun göstərsələr, futbolçular mövqelərində bacardıqlarını edə bilsələr, nəticə qazanmaq mümkün olacaq: “Yaxşı oynasaq, topla rahat davransaq, bir-birimizi meydanda dəstəkləsək, hər bir rəqibə qarşı oynaya bilərik. Futbolda mümkün olmayan bir şey yoxdur. Reytinqdə 67-ci pillədə olan Şimali Makedoniya İtaliyaya qalib gəldi. Bunun üçün ən əsası, özümüzə inanmalıyıq”.

De Byazi komandasının görüşə gərgin çıxmasına da münasibət bildirib: “Artıq 30 ildir ki, böyük və kiçik komandalarda baş məşqçi kimi çalışıram. İlk dəfədir ki, belə söhbət eşidirəm. Malta ilə oyundan sonra gəldiyim qənaət belədir ki, biz rəqibdən az qaçmamalı, daha istəkli və aqressiv olmalıyıq. Oyundan əvvəl bir futbolçumuza Malta yığmasının kapitanı Andrey Aciusun şəklini göstərdim. Dedim ki, onlar burada gəzməyəcəklər, mübarizə üçün bizi gözləyirlər. Başa saldım ki, qələbə üçün döyüşmək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43