06 Dekabr 2020
Kateqoriyasız

“Oyundan razı qaldığımı deyə bilmərəm” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Premyer Liqanın X turunun “Qəbələ” ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Böyükhesablı qələbəyə (4:1) baxmayaraq, oyundan razı qalmayan mütəxəssis komandanın getdikcə daha yaxşı çıxış edəcəyini bildirib:

“Oyun başqa hesabla bitsəydi belə, bunu anlayışla qarşılayacaqdım. Çünki ilk görüşdü. Yeni baş məşqçinin istədiklərini həyata keçirmək, oyunda tətbiq etmək hər bir futbolçu üçün çətindi. Bunun öhdəsindən bu cür oyunçularla gələcəyimizə inanıram. Oyundan razı qaldığımı deyə bilmərəm. Matça kimi də bəzi problemlərimiz var idi. Bütün komanda şəklində məşq etməmişdik. Əsas heyətin 6-7 üzvü ilə hazırlıq keçirdik. Millinin düşərgəsində olanlar sonradan qoşuldular. Əfsuslar olsun, bütün dünyada olan pandemiya bizim futbolçuları da tutdu ki, bu da planlarımıza mane oldu. Bununla belə, Allaha şükür, buradan qalib ayrılırıq. İnanıram ki, oyunumuz getdikcə yaxşılaşacaq.

Emin Mahmudovla yanaşı, Mirabdulla Abbasov da COVID-19-a yoluxduğu üçün bura gəlməyib. O, bizimlə cəmi bir dəfə məşq etdi. Çox həvəsli idi, bizi ümidləndirmişdi. Bu gün 100 faiz meydana çıxacaqdı, amma təəssüf ki, testin cavabı pozitiv oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” Azərbaycanın UEFA-da xalını artırdı

admin

Sabiq futbolçusu “Qəbələ” haqda danışdı: “Özümü türmədə hiss edirdim”

admin

“Sumqayıt” yanğınsöndürənə görə cərimələndi – AFFA-nın qərarları

admin