İdman

ÖZƏL! Faiq Cabbarovun həbsi ilə bağlı son xəbər: 3000 manata görə 5 il…

Azərbaycan millisinin və “Kəpəz”in sabiq futbolçusu Faiq Cabbarov həbs olunması barədə bir müddət əvvəl xəbər vermişdik. Çoxsaylı şikayət ərizələrində qeyd olunanlara əsasən Cabbarov bir neçə şəxsdən külli miqdarda borc alıb, qaytarmamaqda ittiham olunurdu.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cabbarov sentaybrın 22-si məhkəmə qarşısında cavab verməli olacaq. Sabiq futbolçunun adının hallandığı dələduzluq hadisələrindən birinin təffərüatları da məlum olub. Belə ki, zərərçəkmiş şəxslərin birindən 3000 manat alan Cabbarov daha sonra həmin pulu geri qaytara bilməyib. Futbol adamını dələduzluqda günahlandıran şəxs, pulunu geri ala bilməyəcəyi təqdirdə Cabbarovun həbsini istəyib. 

45 yaşlı veteran futbolçunun borclarını ödəyə bilməməsi isə onun 3 ildən 5 ilədək, həbs olunmasına gətirib çıxara bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43