Ölkə futbolu

ÖZƏL! “Kəpəz” ev oyunlarını keçirə bilmək üçün əzəli rəqibinə müraciət etdi

Gəncə şəhər stadionunun ot örtüyünün hazır vəziyyətdə olmaması səbəbindən "Kəpəz"in Premyer Liqada yeni mövsümün I dövrəsinin oyunlarını hansı stadionda keçirəcəyi hələ də məlum deyil.
İdmanxeber.com-a etibarlı mənbədən daxil olan məlumata görə isə son vəziyyət "Turan Tovuz" azarkeşlərinin ürəyincə ola bilər. Belə ki, Gəncə klubu ilk dövrənin oyunları çərçivəsində evdə qarşılaşmalı olduğu rəqiblərə səfərdə oynamağı təklif edəcək. Bundan başqa "sarı-göylər" ilk dövrənin ev oyunlarını Tovuzda keçirə bilmək üçün PFL-ə də müraciət ünvanlayacaq. "Kəpəz" rəhbərliyi hansısa klubun təkliflə razılaşmaması ehtimalını göz önünə gətirərək bu addımı atacaq. Yaxın 2-3 gün ərzində Peşəkar Futbol Liqası rəsmiləri stadiona baxış keçirməsi məqsədi ilə Tovuz şəhər stadionuna yollanacaq.
Qeyd edək ki, bütün suallara avqust ayının 8-nə kimi aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43