İdman

ÖZƏL! “Kəpəz” “Neftçi”ni evdə qəbul edir, sonrakı oyunun məkanı yenə dəyişdirildi!

Azərbaycan Premyer Liqasının 10-cu turunun təqviminə əsasən “Kəpəz” Gəncə şəhər stadionunda “İnter”i qəbul etməlidi.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, lakin qərb təmsilçisinin oyununun keçiriləcəyi məkan yenə dəyişdirilib. Sözügedən oyun “İnter”in stadionunda baş tutacaq. Gəncə klubu hələ I dövrədə “bankirlər”i Nizami Yurdunda qarşılamalı olsa da, meydançanın təmirə bağlanması səbəbindən görüş “İnter Arena”da keçirilmişdi. Yenə eyni səbəbdən Şahin Diniyevin komandası rəqibi ilə səfər oyununa çıxmış sayılacaq.

Stadionun ot örtüyünə rəy verən mütəxəssislər, meydançanın əla vəziyyyətdə olmasına baxmayaraq, hələ yüklənməyə tam hazır olmaması səbəbindən “Kəpəz”in növbəti ev oyununu da səfərdə keçirməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, Premyer Liqanın 3-cü və 4-cü dövrələrinin “Kəpəz” – “İnter” oyunlarının hər ikisi Gəncə şəhər stadionunda keçiriləcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43