Dünya futbolu

“Öz ölkəsini sevməyənlərin təzyiqinə məruz qalırıq” – Montella

“Avropa çempionatında qrupdan çıxan ən gənc komandayıq. Çexiyaya qarşı əsas heyətdə yer alan cəmi 3 futbolçunun AÇ təcrübəsi var. Ümid edirəm ki,  qazandığımız bu nəticə üzərimizdəki təzyiqi qaldıracaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Montella Çexiya qələbəsi (2:1) barədə danışarkən deyib. O, daha sonra komandasına qarşı çox təzyiqlərin olmasından şikayətlənib:

“Mən bu təzyiqlərin öhdəsindən gələ bilirəm. Çünki oyunçulara baxanda daha təcrübəliyəm. Amma futbolçularım bundan təsirlənir. Açıq desək, öz ölkəsini sevməyənlərin təzyiqinə məruz qalırıq. Bunu milli komandanı sevməyənlər edirdi.

Bu komanda son 10 ay içərisində tarixi uğurlar qazandı. İndi artıq 1/8 finaldayıq. Komandam çox gəncdi və olduqca cəsur mübarizə apardı. Ümid edirəm ki, daha da irəli gedə biləcəyik”.

Xatırladaq ki, Türkiyə millisi 1/8 finalda Avstriya ilə üz-üzə gələcək.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43