19 Sentyabr 2024
Dünya futbolu

“Öz oyunumdan həzz almaq və komandaya kömək etmək istəyirəm” – Lamin Yamal

İspaniya yığmasının hücumçusu Lamin Yamal Avro-2024-ün yarımfinalında Fransa üzərində qazandıqları qələbəni (2:1) şərh edib.

İdmanxeber.az-ın məlumatıına görə, komandasının ilk qolunu vuran futbolçu finala vəsiqə qazandıqlar üçün xoşbəxt olduqlarını bildirib:

“Finalda oynayacağımız üçün şadam. Ancaq ən vacib şeylər hələ qarşıdadır. Bu gün çətin anlar yaşadıq. Mən sadəcə ən yuxarı küncü hədəfləyirdim və top orada gedəndə sevinc dalğası təsvirolunmaz idi. Baş verənlər haqqında çox düşünməməyə çalışıram. Sadəcə öz oyunumdan həzz almaq və komandaya kömək etmək istəyirəm. Mən bura bütün matçlarda qalib gəlmək və 17 yaşımı Almaniyada bütün komanda yoldaşlarımla birlikdə qeyd etmək üçün gəlmişəm”.

İkinci finalçı iyulun 10-da baş tutacaq Niderland – İngiltərə matçında müəyyənləşəcək. Avro-2024-ün finalı iyulun 14-də Berlindəki Olimpiya Stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43