08 Sentyabr 2024
Dünya futbolu

Ozan Can oynadı, komandası heç-heçə etdi

Niderland birinci divizionunda 24-cü turun oyunları keçirilib.

İdmanxeber.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Ozan Can Kökçünün də formasını geyindiyi “Eyndhoven” səfərdə “Emmen”lə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43