Futbol üzrə Niderland I Divizionunda 22-ci turun oyunları keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” doğma meydanda “De Qraafşap” məğlub olub – 0:1.
Ozan Can da bu görüşün iştirakçısı olub. 25 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
21 oyun keçirən “Eyndhoven” 30 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.