Kateqoriyasız

Özbəkistan millisinin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlanıb

Avqustun 20-də Azərbaycan millisi ilə yoxlama oyununda qarşılaşacaq Özbəkistan millisinin açıq məşqi və mətbuat konfransının vaxtı açıqlanıb.

 İdmanxeber.com-un  məlumatına görə, “Kempinski Badamdar” otelin “Violet” zalında baş tutacaq tədbir saat 12:00-da başlayacaq. Konfransda Özbəkistan yığmasının bir neçə futbolçusunun da qatılacağı gözlənilir.

Həmin gün saat 19:00-da isə “Bakcell Arena”da Özbəkistan təmsilçisinin mətbuat üçün açıq məşqi keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43