12 Noyabr 2019
Dünya futbolu Kateqoriyasız

Özilə hücum etdi, 10 il həbs cəzası aldı

London məhkəməsində “Arsenal”ın futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinə hökm oxunub.

İdmanxeber.az-ın məlumatına görə, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.

Məhkəmə qarşısına çıxan E.Smit və C.Nortover günahlarını etiraf ediblər.

Xatırladaq ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. Kolaşinaç və yaxınlıqdakı restoranda çalışanların səyi nəticəsində soyğunçular heç bir qənimət əldə edə bilmədən qaçmışdılar.

Oxşar xəbərlər

Portuqaliya – Serbiya – Video

admin

Abramoviç kisənin ağzını açdı – 165 milyon

admin

İspaniyadan darmadağın – VİDEO

admin