Dünya futbolu

Özil Lövlə görüşmək istəməyib

Löv Mesut üçün Londona gəlsə də, oyunçuyla görüşə bilməyib.

İngiltərə mətbuatının yaydığı məlumata görə, Almaniya millisinin baş məşqçisi Yoahim Löv Mesut Özillə danışmaq üçün “Arsenal” klubunun bazasına yollansa da, Türk əsilli oyunçu onunla görüşməkdən imtina edib.

Qeyd edək ki, Mesut Özil Almaniya milli karyerasını bitirməsi səbəb olaraq Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərin olduğunu bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43