Dünya futbolu

Özil məşqə çıxmadı

Almaniya yığması millimizə qarşı yunda Məsut Özilin xidmətindən istifadə etməyə bilər.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi Bakıya səfərdən öncə baş tutan son məşqdə iştirak etməyib.  Ancaq komandanın baş məşqçisi Yoahim Löv kürəyindəki ağrılardan əziyyət çəkən futbolçunu ölkəmizə gətirməyi qərara alıb. Türk əsilli futbolçunun millimizlə oyunda meydana çıxıb-çıxmayacağı paytaxtımızda müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan – Almaniya oyunu martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43