Dünya futbolu

“Özilin komandadan getməsinə mən qərar verdim”

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti, "Arsenal"a transfer olan Məsut Özil barədə olay yaradacaq açıqlama verib.

İtalyan çalışdırıcı Özilin komandadan göndərilməsinə şəxsən özü qərar verdiyini deyib:

"Özilin xarakteri komandaya uyğun olmadığı üçün getməsinə qərar verdim. Di Maria bəlkə də, Məsutdan zəifdir, Ancaq mən yenə də Di Marianı seçdim. Beylin komdaya gəlişi ilə Özili saxlayacağıma Di Marianı saxladım. Çünki o komandaya daha çox fayda verir".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43