Kateqoriyasız Milli komanda

Ozobiç və Təmkinin milliyə çağırılmamasının səbəbi bəlli olub

Millimizin baş məşqçisi De Byazinin millinin yekun heyətinə niyə Təmkin Xəlilzadə və Filip Ozobiçi salmamasının səbəbi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Zirə”nin aparıcı üzvlərindən sayılan Təmkin Azərbaycan kubokunun finalında zədələndiyindən millinin açıqlanan yekun heyətinə salınmayıb.

Zədədən əziyyət çəkən digər futbolçu – “Qarabağ”ın üzvü Filip Ozobiç də eyni səbəbdən UEFA Millətlər Liqasının iyundakı oyunlarında yığmaya kömək edə bilməyəcəyini söyləyib. 31 yaşlı Xorvatiya əsilli yarımmüdafiəçi ayağındakı ağrılara görə yığmaya çağırılmayıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu “Dalğa Arena”da qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43