Kateqoriyasız

“Özümü “Qarabağ”da xoşbəxt hiss edirəm” – Zubir

FutbolPress“Qarabağ”ın vingeri Abdullah Zubir Azərbaycan Premyer Liqasının ikinci turunda “Qəbələ”yə evdə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

Matçda bir qol vuran Əlcəzair əsilli fransalı futbolçu öncə qələbəni şərh edib:

– Gözlənildiyimi kimi, asan matç olmadı, “Qəbələ” bizi arxa xəttdə qarşılayırdı. İlk qolu vurandan sonra daha çox boşluqlar tapdıq və öz oyunumuzu göstərməyə başladıq.

– Avropa Kuboklarında çox qol epizodları yaratsan da, fərqlənə bilmirdin. Bu gün uzaqdan zərbədən sonra rəqib toru silkələdin. Niyə zərbə vurmaqdan çəkinirsən?
– Mən Avropa Kuboklarında da kifayət qədər zərbə vurmuşam. İstəsəniz, statistikalara nəzər yetirə bilərsiniz. Bilirsiniz, mən necə gəldi zərbə vurmuram.

– “Linfild”ə məğlubiyyətiniz gözlənilməz oldu. Niyə uduzdunuz? 1:3 hesabı ilə uduzsaydınız belə, Bakıda mərhələ keçəcəyinizi düşünürdünüz?
– Rəqib sadə komanda deyil. Bizim xeyli qol şanslarımız oldu, elə onların da. Hesab 3:1 olsaydı, bizim üçün daha çətin olacaqdı. Özümüzə inanırıq.

– “Genqam”a transfer məsələn nə yerdədi? İddia edilir ki, “Qarabağ” səni bir milyon avroya satmaq istəmir.
– Mən “Qarabağ”ın futbolçusuyam, müqaviləm var. Bu, klubun işidi. Danışmağım düz olmaz.

– Ürəyin “Qarabağ” eşqi ilə döyünür?
– Mən burdayam.

– “Qarabağ”la Avropa Liqasında oynamaq yaxşıdı, yoxsa Fransanın II Liqasında?
– Axı mən dedim, “Qarabağ”ın futbolçusuyam. Mən burada özümü xoşbəxt hiss edirəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43