06 Oktyabr 2022
Ölkə futbolu

“Özümüzə inanırıq, şansımız böyükdür” – millimizin futzalçısı

“Polşa və Yunanıstan kimi iki yaxşı komandaya qarşı oynayacağıq. Özümüzə inanırıq, şansımız böyükdür”.

İdmanxeber.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futzalçısı Rafael Vilela dünya çempionatının seçmə mərhələ matçları ilə bağlı federasiyanın rəsmi saytına müsahibəsində deyib.

29 yaşlı oyunçu bu görüşlərdə qələbədən başqa nəticə haqqında düşünmədiklərini bildirib: “Biz onlardan daha yaxşı komandayıq”.

Vilela Qazaxıstana uduzduqları yoldaşlıq görüşləri barədə də danışıb: “Birinci matçda daha yaxşı oynadıq. Xüsusilə də fasiləyə qədər üstün tərəf idik. İkinci hissədə yorulduq. Növbəti qarşılaşmada da demək olar, eyni ssenari təkrarlandı. Bu dəfə iktilərimiz daha çox olduğuna görə, heyətimiz bir az da məhdudlaşmışdı. Yenə ilk yarıda əla mübarizə apardıq – qollar vurduq, az səhv etdik. İkinci hissədə yorğunluqdan qaynaqlanan səhvlərə yol verdik ki, təcrübəli Qazaxıstan futzalçıları bundan faydalandı”.

Hücumçu yoldaşlıq qarşılaşmalarının onlar üçün əla sınaq olduğunu söyləyib: “Yanvarda Avropa çempionatının oyunlarından sonra milli səviyyəsində matç keçirməmişdik. Bu görüşlər rəsmi oyunlardan əvvəl xeyrimizə oldu. Əlbəttə, vacib olan gələn ay Polşa və Yunanıstana qarşı keçirəcəyimiz oyunlardır. Dünya çempionatının əsas mərhələsinə iki qələbə ilə başlamaq istəyirik. Ona qədər heyətimiz də tam komplektləşəcək. Bu matçlarda zədə və digər səbəblərdən iştirak etməyən futzalçılarımız komandaya qoşulacaq”.

Qeyd edək ki, oktyabrın 7-də Polşa seçməsini qəbul edəcək Azərbaycan millisi 4 gün sonra Yunanıstanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Bakı”nı “Rəvan” önündə pis vəziyyətə qoyan futbolçu göndərilir

admin

“Neftçi” müdafiəçisi ilə yollarını ayırdı

admin

Tribunalara məhkum futbolçu “Bakı”dan göndərilir

admin