Dünya futbolu

Palmer Haalanda çatdı

Ötən gün keçirilən oyunda “Çelsi” evində “Everton”u darmadağın edib – 6:0.

İdmanxeber.az məlumat verir ki, görüşdə pokerdə Koul Palmer bu mövsüm Premyer Liqada vurduğu qolların sayını 20-yə çatdırıb. O, bombardirlik yarışında Erlinq Haalanda çatıb.

Palmer ötən ilin yayında “Mançester Siti”dən “Çelsi”yə transfer olub. Gənc oyunçu bu mövsüm bütün turnirlərdə 23 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43