Ölkə futbolu

“Panatinaikos” iştirak ərizəsini UEFA-ya göndərdi

Yunanıstanın “Panatinaikos” klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qəbələ” ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

İdmanxeber.com-un Yunanıstan mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın baş məşqçisi Marinos Ouzounidis siyahıya 26 futbolçunun adını daxil edib.


Qapıçı:
 1. Konstantinos Kotsaris, 15. Luk Stil, 99. Odisseas Vlaxodimos

Müdafiəçilər: 4. Giorgos Kutroubis, 6. Dimitrios Kolovetsios, 23. Niklas Hult, 25. Rasmus Telander, 31. Rodriqo Moledo, 41. Stefanos Evengelu, 78. Osman Kulibali

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 7. Omri Altman, 10. Zeka, 11. Brayan Kabezas, 17. Robin Lod, 18. Lusiano, 19. Lukas Villifanez, 21. Dimitris Kurbelis, 26. Xristos Donis, 34. Paskalis Staykos, 39. Stefanos Çatzigiovannis, 46. Yannis Buzukis, 47. Dimitrios Emmanulidis

Hücumçular: 8. Gilyermo Molins, 20. Lautaro Rinaldo, 49. Sotiris-Pantelis Pispas

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun iyulun 27-də Yunanıstanda, cavab matçı isə avqustun 3-də Azərbaycanda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43