Dünya futbolu

“Panatinaikos” – “Qəbələ” matçının başlama saatı məlum oldu

"Qəbələ”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Panatinaikos”la ilk oyununun başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun yetirmələri Afina təmsilçisi ilə ilk oyununu iyulun 27-də, səfərdə keçirəcək. “Apostolos Nikolaidis” stadionunda baş tutacaq matç Bakı vaxtıyla saat 22:30-da start götürəcək.

Bu komandalar arasında cavab qarşılaşması avqustun 3-də, Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43