Ölkə futbolu

“Panatinaikos” “Qəbələ”dən revanşını aldı (YENİLƏNİB)

Bu axşam UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, pley-off-a gedən yolda yeganə təmsilçimiz "Qəbələ" doğma divarlar arasında Yunanıstanın "Panatinaikos" kollektivi ilə-üz-üzə gələcək. İlk matçda səfərdə rəqibinə minimal hehsabla uduzan Roman Qriqorçukun yetirmələrinin bu çətin işin öhtəsindən gələcəyi ümidlə gözlənilir. 2 il öncə qarşılaşan tərəflərin duelində təmsilçimizin tur adlayaraq qrup mərhələsinə vəsiqə qazandığını xatırltmaqda fayda var. 

"Qəbələ"nin çətin ev sınağı saat 21:00-da start götürəcək. Qarşılaşma "Baksell Arena"da oynanılacaq.

 

 

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
3 avqust

 

21:00. “Qəbələ” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) 1:2
Baş hakim: Kreyq Pauson
Baş hakimin köməkçiləri: Li Betts, Adam Nunn
Dördüncü hakim: Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43