Kateqoriyasız

Pantiç: “Bu oyun bizim üçün çox vacibdir”

Topaz Premyer Liqanın 7-ci turu çərçivəsində “İnter”lə qarşılaşacaq “Bakı” klubu bu oyuna hazırlıqlarını davam etdirir.

Baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus olan təlim-məşq bazasında 1,5 saat davam edən məşq keçirib.

Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Hazırlıq qapıya zərbələrlə bitib. Elvin Әliyev və Vüqar Mustafayev zədəli olduqlarından məşqdə iştirak etməyiblər. Mario Alvarez, Ruben Martinez və Mario Horvat komandadan ayrı çalışıblar.

Milinko Pantiç “İnter”lə qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb: “Bu oyun bizim üçün çox vacibdir. “İnter”in turnir cədvəlində tutduğu yerə baxmayaraq bu komandaya qarşı ciddi hazırlaşırıq, ən azından ona görə ki, bu bir “Bakı derbisi”dir”.

Xatırladaq ki, Topaz Premyer Liqasının 7-ci turu cərçivəsində keçiriləcək “İnter” – “Bakı” oyunu setyabrın 21-də saat 17:00-da “Şəfa” stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43