Ölkə futbolu

Pantiç “hamıya hər şey aydındır” dedi, üstüörtülü danışdı: “Futbola aid olmayan bəzi hallar var”

Premyer Liqanın 31-ci turu çərçivəsində “İnter”ə gözlənilmədən öz meydanında 06; hesabı ilə məğlub olan “Bakı” Avroliqaya getmək şanslarını xeyli azaldıb.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın baş məşqçisi Milinko Pantiç isə matçdan sonra bunları deyib:

“Bu cür məğlubiyyətdən sonra nə deyə bilərəm? Mənə “İnter”i təbrik etmək qalır, yaxşı oyun göstərib ədalətli qələbə qazandılar. Yetirmələrim üçün 0-4 ağır məğlubiyyət ola bilər, mənim üçün isə 0-1 də məğlubiyyətdir. Bəzi oyunçular artıqlaması ilə özünü oyuna verdi, meydançada sona kimi mübarizə apardılar. 7-8 aydır ki, buradayam, hamıya hər şey aydındır. Futbola aid olmayan bəzi hallar var, futbolçularım bunu pis keçirir”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43