Ölkə futbolu

Pantiç: “Neftçi”ylə oyunda hakim penalti vermədi”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç “Xəzər Lənkəran”la oyun haqda fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, “zolaqlılar”ın baş məşqçisi oyun haqda bunları deyib:

“Çətin və mübarizə ilə bol bir oyun oldu. Bir neçə futbolçumuz bu gün meydana çıxa bilmədi. Rəqibimiz güclü idi, ilk dəqiqələrdə qapımızda qol gördük. Bu da rəqib komandaya üstünlük verdi. “Xəzər Lənkəran”ın cərimə zərbələrini çox yaxşı yerinə yetirməsini futbolçularıma demişdim. İlk hissəni 0-2 hesabı ilə geridə olsaq da, fasilədə futbolçularıma tövsiyyələrimi verdim. İkinci hissədə daha həvəsli oynadıq, komandam qələbəyə layiq idi. Hücumda çatışmazlıqlarımız var, iki gənc futbolçuya bu gün şans verdim. “Neftçi” ilə oyuna top rəqib futbolçunun əlinə dəymişdi, hakim isə 11 metrlik cərimə zərbəsi təyin etməmişdi. Ona görə bu haqda danışmışdım. Klubumuzun prezidentinə söz vermişəm, hakimlikdən danışmayacam. Hakim də insandır, səhv edə bilər. İlk üçlüyə düşmək üçün sona kimi mübarizə aparacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43