Premyer Liqa

Pantiç: “Qış fasiləsində yaxşı oyunçular tapmaq çətin olacaq”

“Bakı”nın baş məşqçisi Milinko Pantiç komandasının futbol üzrə Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Qəbələ”yə 0:2 hesablı məğlubiyyətinə şərh verib.

“Hücum edir, qol vəziyyətləri qazanır, künc zərbələri yerinə yetirirdik. Ancaq tablodakı nəticə bizim xeyrimizə deyil. Biz öz vəziyyətlərimizi yerinə yetirə bilmirik və bu, bizim problemimizdir. Qış fasiləsində yaxşı oyunçular tapmaq çətin olacaq. Ancaq buna rəğmən, biz komandanı gücləndirə biləcək oyunçular tapmağa çalışacağıq. Qış fasiləsindən sonra biz daha yaxşı oynamalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43