Ölkə futbolu

Pantiç: “…restoranda qulluqçu gəlib sonda hesabı deyir”

“Sumqayıt”la görüş tələyə düşəcək bir oyundur. Belədə çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil. Xüsusilə, rəqib “Neftçi”ni (2:0) məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda motivasiya yüksək səviyyədədi. Üstəlik, “Sumqayıt” “Bakı” ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən, mən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm”.

Bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqanın 24-cü turunda evdə “Sumqayıt”ı qəbul edəcək “Bakı”nın serbiyalı çalışdırıcısı komandasının sonadək döyüşdüyünü bildirib: “Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb. “Sumqayıt”ın “Neftçi”ni məğlub etməsini təhlil etmək istəmirəm. Gözlənilmədən onlar qələbə qazanıb bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir. Beləcə komandanın nəticəsi də mövsümün sonunda (21 may) görünəcək”.

Qeyd edək ki, “Bakı” – “Sumqayıt” oyunu sabah, saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43