Ölkə futbolu

Pantiç: “Sıx qrafiklə “Neftçi” və “Xəzər Lənkəran”la görüşmək özü də əlavə bir yükdür”

“Bundan çətin oyun görmürəm. Çünki “Xəzər Lənkəran” ardıcıl 3 tur rəqiblərindən xal qoparmağı bacarıb. Özü də güclü komandalara qarşı çıxış edib. Biz də 3 oyundur yenilmirik”.

Bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.

Serbiyalı mütəxəssis sıx qrafiklə oynamağın komandası üçün əlavə yük olduğunu bildirib: “Sıx qrafiklə “Neftçi” və “Xəzər Lənkəran”la görüşmək özü də əlavə bir yükdür. Mən də istəyərəm ki, sabah bir qədər aşağı pillələrdə qərarlaşan komanda ilə üz-üzə gələk. Təəssüf ki, bu, indi mümkün deyil. Qış fasiləsindən sonra “Bakı”nın 3, “Xəzər Lənkəran”ın isə 2 qələbəsi varsa, rəqib bizim haqda düşünməlidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43