Dünyadan

PAOK – “Qarabağ” matçı Yunan KİV-lərinin manşetində

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün keçiriləcək PAOK – "Qarabağ"  matçına maraq olduqca böyükdür.

İdmanxeber.com-un oyunun keçiriləcəyi Saloniki şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, yerli mətbuatın bu qarşılaşmaya marağı böyükdür. Başda "Arena" olmaqla digər qəzet və KİV-lərdə manşeti PAOK – "Qarabağ" oyunu bəzəyib. KİV-lər azarkeşləri yerli komandaya dəstək üçün stadiona çağırıblar.

Xatırladaq ki, PAOK – "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43