Ölkə futbolu

PAOK “Sabah”a rəqib ola bilər – YENİLƏNİR

Konfrans Liqasında mübarizə aparacaq “Sabah” və “Neftçi”nin II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb.

İdmanxeber.az xəbər verir ki, Rumıniya Kubokunun qalibi olan “Sepsi” və Serbiyanın “Voyvodina” komandası səpələnmişlər səbətində yer alan “ağ-qaralar”la üz-üzə gələ bilərlər.

Kipr Kubokunu qazanan “Omoniya” və Yunanıstanın PAOK klubu səpələnmişlər səbətinə düşüb və “Sabah”ın potensial rəqibləri sırasındadır.

Qeyd edək ki, iyunun 20-də I təsnifat mərhələsinin, bir gün sonra isə II raundun püşkü atılacaq. Azərbaycan klubları ilk oyunlarını iyulun 27-də, cavab matçlarını avqustun 3-də keçirəcəklər.

Konfrans Liqası
II təsnifat mərhələsi

Səpələnmişlər:

Brügge (Belçika)
Gent (Belçika)
PAOK (Yunanıstan)
Makkabi (Təl-Əviv, İsrail)
Lex (Polşa)
Viktoriya Plzen (Çexiya)
Bodyo-Qlimt (Norveç)
Hapoel Beer-Şeva (İsrail)
Yurqorden (İsveç)
APOEL (Kipr)
Beşiktaş (Türkiyə)
Riyeka (Xorvatiya)
Styaua (Rumıniya)
Legiya (Polşa)
Rusenborq (Norveç)
Spartak Trnava (Slovakiya)
Omoniya (Kipr)
Neftçi (Azərbaycan)
KuPS (Finlandiya)
Osiyek (Xorvatiya)

Səpələnməmişlər:

Beytar (İsrail)
Hammarbü (İsveç)
Kalmar (İsveç)
Kaunas (Litva)
Poqon (Poloşa)
Zalaeqerseq (Macarıstan)
Keşkemeti (Macarıstan)
Sepsi (Rumıniya)
Borats (Bosniya və Herseqovina)
Sabah (Azərbaycan)
Ordabası (Qazaxıstan)
Aktobe (Qazaxıstan)
Çelye (Sloveniya)
Auda (Latviya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43