İdman

Paralimpiya Oyunlarında faciə

“Rio-2016” XV Yay Paralimpiya Oyunlarında faciəvi hadisə baş verib. 

İdmanxxeber.com-un məlumatına görə, yol velosipedi yarışlarında iştirak edən 48 yaşlı iranlı idmançı Bahman Qolbarnejad hündür təpədən enərkən qəza keçirib. Paralimpiyaçı dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bahman Qolbarnejad “London-2012” Paralimpiadasının da iştirakçısı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43