İdman

Paralimpiyaçılarımız bugün yarışa başlayır

Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 7 idmançısı çıxış edəcək.

60 kq çəkidə çıxış edən cüdoçumuz Ramin İbrahimov 1/8 finalda Eduardo Qauto (Argentina)nilə üz-üzə gələcək. 66 kq çəkidə yer alan Bayram Musatafayev 1/4 finalda  Migel Vieyra (Portuqaliya) – Helison Boto Oliveyra (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu yarışlar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Atletimiz Elçin Muradov uzunluğa tullanmada mübarizə aparacaq. Kişilərin 400 metr məsafəyə qaçışında Elmir Cəbrayılov, qadınların 100 metr məsafəyə qaçışında Yelena Çebanu iştirak edəcək.

Üzgüçülərimiz Dmitri Saley və Raman Saley 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarına 24 idmançı ilə 6 idman növündə 41 lisenziya qazanıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43