Kateqoriyasız

Paraqvaylı hücumçu “Sabah”da qaldı

“Sabah” futbolçusu Xulio Rodriqeslə yeni müqavilə bağlayıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sözləşmənin müddəti 1 ildir.

Paraqvaylı hücumçu ötən ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. Xulio son mövsümdə Premyer Liqada meydana çıxdığı 25 oyunda 3 qol vurub, 4 məhsuldar ötürməyə imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43