Dünyadan

“Parma” danışılmış oyunlara görə sərt cəzalandırıldı

İtaliya Futbol Federasiyası “Parma” klubunu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə,  yeni mövsümdən A Seriyasında mübarizə aparmaq hüququ qazanan klub mövsümə -5 xalla başlayacaq. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Parma” İtaliyada danışılmış oyunlarda iştirak etməkdə ittiham olunur. Kluba cəza da bu üzdən verilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43