29 Sentyabr 2024
Kateqoriyasız

“Partizan”ın qolkiperi: “Rəqibin nə qədər təhlükəli olduğunu bilirik”

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah qarşılaşacaq olan “Neftçi” ilə  “Partizan” klublarının oyunu haqda  serbiyalı qolkiper fikirlərini bildirib:

İdmanxeber.com-un məlumatına görə, Partizan” klubunun qapıçısı Milan Lukaç Serbiya mətbuatına açıqlamasında  bu sözləri deyib:

Partizan” uzun müddət idi ki, superliqada ardıcıl iki səfər matçına çıxmırdı. Ancaq bu mövsüm iki səfər matçında qələbə qazanmağı bacardıq. İndi qarşıda “Neftçi” ilə iki vacib oyunumuz var. Çempionlar Liqasında “Ludoqorets”lə oyundan öncə ən azı Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin etmək istəyirdik. Ancaq bu baş tutmadı. İndi bunu “Neftçi” ilə oyunda bacarmaq istəyirik. Rəqibin nə qədər təhlükəli olduğunu bilirik. Lakib öz gücümüzə də inanırıq. Uğur qazanacağımıza inanıram. Bunun üçün ilk oyunda daha çox qol vurmalıyıq. “Neftçi” ilə oyunda güclü azarkeşlər dəstəyinə ehtiyacımız olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43