Ölkə futbolu

Paşayev 90 dəqiqə oynadı, komandası uduzmadı

Ukrayna çempionatında növbəti turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisinin üzvü Pavel Paşayevin formasını geyindiyi “Stal” klubu səfərdə “Dnipro” ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb. Bununla da komanda yeni mövsümdə ilk xalını qazanıb.

1 xalla 12 komanda arasında 9-cu yerdə olan “Stal”da həmyerlimiz 90 dəqiqə mübarizə aparıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43