Dünya futbolu

Paşayevli “Stal” səfərdə qalib gəldi

Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin üzvü Pavel Paşayevin çıxış etdiyi “Stal” səfərdə “Volın”la qarşılaşıb.  Oyun qonaqların minimal hesablı qələbəsi ilə nəticələnib. Meydana sart heyətində çıxan Paşayev sonadək oynayıb.

Qeyd edək ki, hazırda 37 xal olan “Stal” ikinci altılıqda 1-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43