Dünya futbolu

“Pasportumu tapana 400 avro mükafat verəcəyəm”

Buxarestin “Dinamo” yeni transferi Rivaldinyonun başına xoşagəlməz hadisə gəlib.

İdmanxeber.com-un məlumatına görə, məşhur braziliyalı futbolçu Rivaldonun oğlu pasportunu itirib. 21 yaşlı futbolçu verdiyi açıqlamada pasportunu tapan və ona çatdıran şəxsə mükafat verəcəyini deyib:

“Pasportumu harda itirdiyimi bilmirəm. Ola bilər ki, taksidə qalıb. Amma həmin avtomobilin nömrəsini unutmuşam. Harda olsa, tapılacaq. Onu mənə çatdıran şəxsə 400 avro mükafat verəcəyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43