Kateqoriyasız

Patrik Andrade “Qarabağ”la vidalaşdı

Patrik Andrade “Qarabağ”la vidalaşıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə o instaqram hesabında paylaşım edib. Andrade postunda bunları yazıb:

“Yaşadıqlarım və xoşbəxt olmalı olduğum fürsətlər üçün minnətdaram. İki ildə öyrəndiyim, inkişaf etdirdiyim və kəşf etdiyim hər şey üçün komanda yoldaşlarıma, azarkeşlərə təşəkkür edirəm.

Təşəkkürlər, “Qarabağ” ailəsi. Sizi izləməyə davam edirəm”.

Andrade “atlılar”la 70 oyunda 12 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43