Ölkə futbolu

Paulinyo “İnter”də

Bakının "İnter" klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, "bankirlər" braziliyalı futbolçu Paulinyonu heyətinə qatıb. Ampulaca hücumçu olan oyunçunun son klubu ölkəsinin B seriyasında mübarizə aparan "Braqantino" olub. O, bu komanda ilə cəmi 6 matça çıxa bilib.

Qeyd edək ki, Paulinyo karyerası ərzində “Palmeyras”, “Uniao Barbarense”, “Demokrata”, “Haken”, “Erebru” və “San Xose” kimi klublarda da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43