Ölkə futbolu

Pavel Paşayevin “Neftçi”yə keçidi rəsmiləşir

Azərbaycan milli komandasının üzvü Pavel Paşayevin “Neftçi”yə keçidi reallaşmaq üzrədir.  

Cinah futbolçusu Ukraynanın “Stal” klubundan ayrılıb. O, klubla gələn mövsümün sonuna qədər olan müqaviləsina qarşılıqlı razılıq əsasında xitam verib.

Hazırda azad agent statusu daşıyan futbolçunun növbəti klubunun “Neftçi” olacağını isə daha öncədən məlumat vermişdik. “Ağ-qaralar”dan aldığımız son bilgiyə görə, artıq tərəflər arasında danışıqlar son mərhələdədir və futbolçunun Bakı klubuna keçidi 70-80 % faiz həlll olunub.

Qeyd edək ki, Paşayev bundan öncə ölkəmizə “Qəbələ”nin vasitəsi ilə gəlsə də, “qırmızı-qaralar”dakı karyerası uğursuz alınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43