Dünya futbolu

Payet rəsmən “Marsel”də

“Vest Hem”in yarımmüdafiəçisi Dimitri Payet karyerasını “Marsel”də davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, futbolçu tibbi müayinədən keçdikdən sonra “Marsel”lə 4,5 illiyinə müqavilə imzalayıb. Onun üçün Fransa təmsilçisi 25 milyon funt sterlinq ödəyib. 29 yaşlı futbolçunun rəsmi təqdimetmə mərasimi bu gün keçiriləcək.

Payet “Marsel”də  2013–2015-ci illərdə çıxış edib.

Xatırladaq ki, sentyabr ayında Payet müqaviləni artırdığına görə “Vest Hem”dən 1 milyon funt sterlinq bonus almışdı. Yanvardan etibarən isə komanda ilə məşqlərə çıxmaqdan imtina etmişdi. O, açıqlamalarının birində bildirmişdi ki, “Vest Hem”in onu satmayacağı təqdirdə özünü zədələyəcək.

Qeyd edək ki, futbolçu cari mövsüm “Vest Hem”n heyətidnə18 oyunda iştirak edib və 2 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43