Kateqoriyasız

Paytaxt klubu “Dinamo”nun futbolçusunu transfer edir

Transfer çalışmalarını davam etdirən “Səbail” bu dəfə Azərbaycan yığmasının üzvünü komandaya cəlb edəcək.

İdmanxeber.az saytına daxil olan məlumata görə, Mahmud Qurbanov Azərbaycanın U-19 yığmasına cəlb edilən Amin Qarayevin xidmətində maraqlıdı. Hazırda “Dinamo”(Tbilisi) klubunun akademiyasının üzvü olan Qarayev Gürcüstanın U-17 yığmasında da çıxış edib.

“Əlincə” futbol akademiyasının yetirməsi olan Aminin özünün də Azərbaycana qayıtmaq istəyində olduğu bildirilir. Yaxın günlərdə sözügedən transfer açıqlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43