Ölkə futbolu

Paytaxt klubu iki itki ilə başladı

“Rəvan” Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına start verib.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, komanda ötən həftəsonu bərpaedici tədbirlər keçdikdən sonra bu gündən etibarən yenidən meydan məşqlərinə başlayıb.

Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında “Bayıl Arena”da keçirilən hazırlıqda zədəli Tofiq Mikayılovla Elvin Həsənəliyev istisna olmaqla, komandanın bütün üzvləri iştirak edib. Təxminən 2 saat davam edən bugünkü səhər məşqində futbolçular toplu çalışmalar üzərində işləyib. Məşq ümumilikdə taktiki-texniki yöndə olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43