Dünyadan

Paytaxt klubunda ciddi zədə

İngiltərənin “Tottenhem” klubu ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “Sanderlend”lə oyunda zədələnərək məcburi əvəzlənən hücumçu Harri Keynin zədəsi ciddidir.

Tibbi müayinədən keçdikdən sonra məlum olub ki, komandanın qol silahı 2 ay meydana çıxmaya bilər.

İngiltərə millisinin üzvü “DÇ-2018”in seçmə mərhələsində Şotlandiya ilə oyunu da buraxa bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43