Ölkə futbolu

Paytaxt klubunun yeni transferi Bakıda

“Səbail”in yeni transferi Ayub Timbe Masika Azərbaycana gəlib.

İdmanxeber.az-a verilən məlumata görə, 32 yaşlı futbolçu bu gün səhər saatlarında Bakıya eniş edib. O, artıq klubun düşərgəsindədir.

Yarımmüdafiəçi gün ərzində paytaxt təmsilçisi ilə rəsmi müqavilə imzalayacaq. 

Keniya millisinin üzvü karyerası ərzində “Genk”, “Lyers” və “Buriram Yunayted” kimi klublarda çıxış edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43