Layihə

Paytaxtda həm rekord, həm də antirekord

Topaz Premyer Liqasında 2016/2017 mövsümündə yaranmış fasilə ötən gün başa çatıb.

İdmanxeber.com-un məlumatına görə, TPL-in 15-ci turunun start ilə fasiləyə son verilib. Baş tutmuş 4 görüşdə ümumilikdə 5300 tamaşaçı stadionlara təşrif buyurub.

Turun rekordu Suraxanıda qeydə alınıb. Turun həm mərkəzi, həm də son matçı olan “Qarabağ” – “Neftçi” qarşılaşmasını “Azersun Arena”dan 3200 azarkeş izləyib.

Turun antirekordu isə “İnter Arena”da keçirilmiş “İnter” – “Kəpəz” matçına təsadüf edib. Qarlı hava şəraitində keçirilmiş və “İnter”in qələbəsi ilə (4:1) başa çatan oyunda cəmi 300 tamaşaçı stadionda olub.

Digər görüşlərə gəlincə, Qəbələdə baş tutan və “sülh”ün qeydə alındığı (1:1) “Qəbələ” – “Sumqayıt” oyununu 1000, “Zirə” – AZAL (2:1) qarşılaşmasını isə 800 tamaşaçı stadiondan izləyib.

Ümumilikdə isə sıralama aşağıdakı kimidi

“Qarabağ” – “Neftçi” – 3200 tamaşaçı

“Qəbələ” – “Sumqayıt” – 1000 tamaşaçı

“Zirə” – AZAL – 800 tamaşaçı

“İnter” – “Kəpəz” 300 tamaşaçı

* Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43